Repo əməliyyatı

REPO transaction Satıcısı tərəfindən qiymətli kağızların müştərilərə satışı (REPOnun açılması) və eyni zamanda müştərilər tərəfindən həmin qiymətli kağızları emitentə satmaq, emitentin isə onları müştərilərdən geri satın almaq öhdəliyini (REPOnun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.
REPO Baş sazişi
REPO-nun açılma tarixi
OBASTAN VİKİ
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
Döyüş əməliyyatı
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ.
Düzləndirmə əməliyyatı
Düzləndirmə — yeyilmiş pardaq dairələrinin kəsicilik qabiliyyətini və forma dəqiqliyini artırmaq üçün düzləndirici aləti ilə tətbiq edilən prosesdir. Burada ilk növbədə pardaq dairəsinin doğuranı üzrə verilmiş mikrohəndəsə yaradılır ki, onun dəqiq fırlanması və profil dəqiqliyi təmin edilsin. Digər tərəfədən dairənin işçi səthində dənəciklərin arasında yığılmış yonqar hissəcikləri təmizlənir və eyni zamanda yeyilmiş dənəciklər məcburi sındırlma nəticəsində yeni kəsici tillərə yiyələnir. Düzləndirmə baş verən mexaniki yonma pardaq dairəsi ilə düzləndirici alət arasındakı qarşılıqlı təsirlə müəyyən olunur. Dairə alət cütünün nisbi hərəkəti dairənin lazımı topoqrafiyasının və bununla lazımı pəstah səthinin alınması üçün zəmin yaradır. Pardaq dairəsinin profilinin alınması iki istiqamətdə aparıla bilər: Profilləşdirmə düzləndirici alətin kinematik hərəkəti nəticəsində yaranır, yəni alətin oxboyu və uzununa istiqamətdə hərəkəti zamanı o pardaq dairəsinin işçi səthində verilmiş profili kəsir. Düzlındiricin həndəsi forması o qədər də rol oynamır. Kəsən tili tək almazdan olan düzləndirici kənarda aldığı kəsmə dərinliyi (ta) ilə pardaq dairəsinin eni boyunca uzununa verişlə (Va) hərəkət etdirilir. NC idarə olunan dəzgahlarda düzləndirmə prosesi avtomatlaşdırılmış şəkildə aparılır. Profillərin açılmasında əsasən diyircəkli düzləndirici alətlərdən istifadə olunur.
Edelveys əməliyyatı
Edelvays əməliyyatı (alm. Edelweiß‎) — Üçüncü Reyxin Qafqazı zəbt etmək planı. Bu plan Avropanın ən məşhur dağ güllərinin birisi olan edelveysin şərəfinə adlandırılmışdır. Almanların planı Qafqaz və Azərbaycanın Bakıda yerləşən neft yataqları üzərində kontrol ələ keçirməkdən ibarət idi. Həmin əməliyyat iyulun 23-də 1942-ci ildə Hitler tərəfindən təsdiq olunub. Əsas hərbi qüvvələr Vilhelm List idarə etdiyi "qrup A" ordusu, 1-ci zirehli avtomobil və tank ordusu (Evald fon Kleyst), 4-cü zirehli avtomobil və tank ordusu (polkovnik-general Herman Hot), 17-ci ordu (Riçard Rof), 4-cü hava donanmasının bir hissəsi (General-feldmarşal Volfram Frayher fon Rixthofen) və Rumıniyanın 3-cü ordusu (general Petre Dumitresku) daxil edirdi. Qrup A ordusu qərbdən Fyodor fon Bokun idarə etdiyi qrup B ordusu və cəmi 1.000 təyyarə olan 4-cü hava donanmasının qalan hissəsi tərəfindən təmin olunurdu. Quru qoşunların içərisində 15.000 neft fəhlələri ilə yanaşı 167.000 əsgər, 4.540 pulemyot və 1.130 tank var idi. == Hazırlıqlar == Almaniyada "Qafqazda alman neft", "Ost-Öl" və "Karpaten-Öl" kimi bir neçə neft şirkətləri yaradılır. Onlar ekskluziv olaraq Qafqaz neft yataqlarını istismar etmək üçün 99 illik icarə haqqı alırlar.
Entebbe əməliyyatı
Entebbe əməliyyatı (ivr. ‏מבצע יונתן‏‎ ; ing. Operation Entebbe) — 1976-cı ilin 4 iyul tarixində Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatı. Əməliyyatın saat yarım kimi kimi qısa bir vaxtda, İsrail torpaqlarından 4.000 km kənarda həyata keçirilməsi və 52 nəfərə qarşılıq, cəmisi 1 nəfərin həlak olması dönəmin dövrü mətbuatında böyük əks-səda yaratmışdır. Hadisədən bir gün əvvəl Fələstin Xalq Azadlıq Cəbhəsinə mənsub terrorçular Təl-Əviv-Paris xətti üzrə uçuşları icra edən Fransa Hava Yollarına məxsus Airbus A300 tipli təyyarəni qaçırmaqla istiqaməti Uqandanın Entebbe Hava Limanına doğru yönəltmişdilər. Təyyarədə olan 248 sərnişinin əksəriyyəti etnik yəhudilərdən və ya İsrail vətəndaşlarından ibarət idi. Terrorçular qaçırılan 248 nəfərin əvəzində İsrail tərəfindən həbs edilmiş 40 nəfərə yaxın fələstinli məhkumun və dünyanın dörd müxtəlif ölkəsində saxlanılan daha 13 məhkumun azad edilməsini tələb edirdilər. Sonuncu dayanacağı Paris şəhəri olan təyyarə Afinada qısa dayanmadan sonra Benqazi şəhərinin üzərindən uçaraq Uqandanın Entebbe şəhərinin mərkəzi hava limanına doğru yönəlmişdir. Uqanda lideri İdi Aminin terrorçuları şəxsən qəbul etdiyi təxmin olunsada, onlara öz dəstəyini göstərdiyi məlumdur. Hava limanına enən təyyarədə olan sərnişinlər köhnə terminal binasına aparılmış və burada etnik yəhudi olan və ya İsrail vətəndaşlığı daşıyanlarla, digər millətlərdən olanlar ayrı-ayrı otaqlara yerləşdirilmişdir.
Füzuli əməliyyatı
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Fərrux əməliyyatı
Fərrux əməliyyatı — Xocalı rayonunun Fərrux dağı istiqamətində Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat. Əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edilmişdir. Əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxmış, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarəti təmin edilmişdir. Həmçinin Fərrux dağında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti əldə etməsi Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanları yaratmışdır. == Zəmin == Fərrux kəndi Xankəndi şəhərindən 32, Əsgəran qəsəbəsindən isə 16 kilometr uzaqlıqda yerləşən dağətəyi ərazidir. İnzibati olaraq Xocalı rayonuna daxildir. Kəndin yaxınlığında Fərrux yüksəkliyi və eyni adlı göl var. Qarabağdakı ermənilər bu kəndin adına Parux deyir və onlara görə, kənd Əsgəran rayonu ərazisindədir. Kənd Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun işğalı altına düşmüşdü. Fərrux kəndi etnik ermənilərin yaşadığı Xankəndinə Azərbaycan hərbçilərinin "yolunu açdığı" üçün əhəmiyyətlidir.
Goranboy əməliyyatı
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin] Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. == Hücumun başlanması == 12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. == Əsas hücum == 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.
Günnüt əməliyyatı
Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub. == Zəmin == Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Döyüşlər == "Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib. Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar.
Halqa əməliyyatı
Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü fədai adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Azərbaycan tərəfindən Çaykənd əməliyyatında, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Əməliyyatda OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir. Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu.
Horadiz əməliyyatı
Horadiz əməliyyatı — 1993-ci ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonununda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, Qarabağ müharibəsində olan döyüşlərin biri. Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi (Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı) və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Tarixi == === Zəmin === 1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduğundan, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi. Oktyabrın sonlarında erməni hərbi birləşmələri (yalnız Ermənistan ordusunun müntəzəm hissəsi, qondarma "Dağlıq Qarabağ ordusu" nəzərdə tutulmur) Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi. 1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi. 15 dekabrda Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi — Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər.. Dağlıq Qarabağın şimal-şərqində hücum, erməniləri Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməsini məcbur etdi.
Həmədan əməliyyatı
Həmədan əməliyyatı — rus qoşunlarının İranda Birinci dünya müharibəsi zamanı 1915-ci ilin 17 (30) oktyabr — 3 (16) dekabrında keçirdiyi hücum əməliyyatı. Əməliyyatın keçirilməsinə səbəb İranda və Əfqanıstanda fəallaşan alman-osmanlı casus şəbəkəsi, məqsəd isə onun neytrallaşdırılması idi. Rusların iddiasına görə alman-osmanlı casuslarının fəaliyyəti nəticəsində İran vətəndaş müharibəsi həddində idi. Eyni zamanda Əfqanıstanın da Rusiya və İngiltərəyə qarşı çıxmaq ehtimalları artırdı. Bu şəraitdə rus Qafqaz ordusunun komandanlığı İrana Bakı və Xəzər dənizi vasitəsi ilə, N.N.Baratovun komandanlığı altında 3 tabor, 39 yüzlük, 5 batareya — cəmi 8 min adam və 20 top göndərdi. 17 (30) oktyabr korpus Ənzəli limanında yerə endi, 29 oktyabrda (11 noyabr) isə, əvvəl rus qoşunlarının olduğu Qəzvində cəmləşdilər. Sonra iki sütunla, iddialarına görə 8 minlik alman-osmanlı agenturasının mərkəzi olan Həmədan və Qum, bir kolonla isə Tehran üzərinə hərəkətə başladılar. 3 (16) dekabrda rus qoşunları Həmədanı tutdu, sonra Bürucərd, Dövlətabad, cənub-qərbi Laləkan və Qum rayonlarında alman-osmanlı diversantlarını darmadağın etdilər. Sonuncusu 9 (22) dekabrda alındı. Bu vaxta qədər korpusun qoşunları qüvvələrin bir hissəsi ilə Tehranın şimal-qərb, sonra isə cənub civarına çıxdılar.
Həsənqaya əməliyyatı
Həsənqaya əməliyyatı - 1992-ci il iyunun 29-da baş vermiş hərbi əməliyyat. == Zəmin == 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər. 15 iyun, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu.
Karusel əməliyyatı
"Karusel" (rus. карусель) — seçki saxtakarlığının üsullarından biri. Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi ilə əlaqədardır. "Karusel" termini seçicilərin bir seçki məntəqəsindən digərinə etdiyi dairəvi hərəkəti ifadə edir. Cinayət törədən şəxs seçki məntəqəsinə girməzdən əvvəl doldurulmuş bülleteni seçiciyə verir. Doldurulmuş bülleteni Seçki qutusuna düşür və yeni bülleten seçki təşkilatçısına verilir. == Tarixi == Sovet İttifaqının dağılmasından sonra karusel əməliyyatı dəfələrlə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya və Ukraynada keçirilən bələdiyyə, parlament və prezident seçkilərində istifadə olunub.
Kindertransport əməliyyatı
"Kindertransport əməliyyatı" (alm. Kindertransport "uşaq nəqliyyatı"‎) — İkinci dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatı. Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar. 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı. Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər. "Ümumdünya yəhudi yardım təşkilatı" (o zaman bu təşkilat "alman yəhudilərinin mərkəzi Britaniya fondu" adlanırdı) 1933-cü ildə yaradılmış və "Kindertransport" proqramının həyata keçirilməsində mühüm rol oynamışdır. Əməliyyat nəticəsində xilas edilərək Böyük Britaniyada yerləşdirilən uşaqların hər biri haqqında bütün məlumatlar təşkilatın arxivində saxlanılır.
Kondor əməliyyatı
"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib. Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu.. 1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi. 2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir.
Kottej əməliyyatı
Kottej əməliyyatı — ABŞ ordusunun İkinci Dünya müharibəsi zamanı Sakit Okean Kampaniyası dövründə Kiska adasını yapon qüvvələrindən azad etmək əməliyyatı. Əməliyyat 1943-cü il avqustun 15-dən 24-dək baş verir. Bütün yapon qoşunlarının əməliyyat başlamazdan əvvəl adanı tərk etməsinə baxmayaraq, manevrlər və eniş zamanı Amerika qoşunları dost atəşindən onlarla əsgər itirmiş və yaralanmışdır. Əlavə olaraq “Abner Reed” esminesi Yapon minasına toxunaraq zədələnir və partlayış zamanı 71 nəfər həlak olur. == Öncəki vəziyyət == Kiska adası 1942-ci ilin yayında yapon dəniz piyadalarının adaya enərək ABŞ Hərbi Dəniz Qüvvələrinin meteostansiyasını məhv etməsindən sonra Yaponiyanın işğalı altına düşür. Sonradan adada Amerika kəşfiyyatına görə təxminən 10 min nəfər olan əhəmiyyətli bir qarnizon yerləşdirilir. İşğal zamanı yaponlar adada və onun ətrafında 2,5 min insan itirir. Kiskanın tutulması Aleut kampaniyasına son qoymalı idi və Amerika komandanlığı Attu uğrunda qanlı döyüşü xatırlayaraq əhəmiyyətli qüvvələr endirməyi planlaşdırırdı. Adak adasının ərazisində 100-dən çox gəmi cəmlənmişdi, desant qüvvələri 30 min amerikalı piyada və 5,5 min kanadalıdan ibarət idi. Bundan əlavə, iyul ayının sonundan etibarən Kiska hava hücumlarına və dənizdən atəşə məruz qalırdı.
Krit əməliyyatı
Krit əməliyyatı (almanca: Luftlandeschlacht um Kreta, yunanca: Μάχη της Κρήτης) və ya digər adı ilə Merkuri əməliyyatı İkinci dünya müharibəsi ərzində Yunanıstanın Krit adasında baş vermiş hərbi münaqişə. Krit əməliyyatı dünya tarixində paraşütçülərin iştirak etdiyi ən böyük hərbi əməliyyat hesab olunur və hələ də bütün dünyada paraşüt diviziyalarına taktiki cəhətdən tədris olunur. Hər nə qədər müttəfiq qoşunların Market Garden əməliyyatında daha çox sayda paraşütçü iştirak etsə də, həmin əməliyyatda zirehli birliklərdən istifadə olunduğuna görə, hava dəstəyi xaricində heç bir dəstək olmadan baş tutan bu alman hücum əməliyyatı ən böyük hava endirmə (paraşütçü) əməliyyatı olaraq qəbul edilir. 25 aprel 1941-ci ildə Adolf Hitler tərəfindən imzalanan 28 saylı direktivlə Krit adasına hücum planı təsdiqlənir. Merkuri əməliyyatı kod adı ilə hazırlanan plana əsasən bu döyüş əməliyyatında Alman ordusunun 7-ci Paraşüt diviziyası, 5-ci dağ-atıcı diviziya və planör alayı iştirak edir. Hərəkat minə yaxın alman təyyarəsi tərəfindən dəstəklənir. General Ştudentin planına görə, ilk hücum hədəfi adanın şimalında strateji cəhətdən əlverişli ərazi olan Maleme olmuşdur. İlk olaraq bu əraziyə endirilən paraşütçülər yaxınlıqda yerləşən aerodromu ələ keçirmiş və əməliyyata sonradan qatılan digər birliklər və təyyarələr döyüşün gedişində həmin yerdən istifadə etmişdir. Əməliyyat 20 may 1941-ci il tarixində 3 min nəfərə qədər alman paraşütçülərin Krit adasına endirilməsi ilə başlamışdır. Həmin zaman adada təqribən 28,600 nəfərə yaxın müttəfiq qoşunları mövqe tutmuşdu.
Kəlbəcər əməliyyatı
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir. Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir.
Marağa əməliyyatı
Marquşavan əməliyyatı və ya Marağa əməliyyatı — 10 aprel 1992-ci ildə, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı indiki Şıxarx kəndinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm.
Marquşavan əməliyyatı
Marquşavan əməliyyatı və ya Marağa əməliyyatı — 10 aprel 1992-ci ildə, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı indiki Şıxarx kəndinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm.
Monqolustan əməliyyatı
Monqolustan əməliyyatı — 5-ci sovet ordusu, Uzaq Şərq Respublikaları Xalq İnqilab Ordusu və Monqolustan Xalq İnqilab Ordusunun general Ungernik ağqvardiyaçı bandalarını darmadağın etmək məqsədilə keçirdiyi müdafiə (may–iyun) və hücum (iyun–avqust) əməliyyatları. 1920-ci ildə Ungernin qoşunları Monqolustanı tutmuş və orada hərbi diktatura qurmuşdu. Monqolustanın Müvəqqəti Xalq Hökuməti ağqvardiyaçılara qarşı birgə mübarizə üçün köçək göndərməyi SSRİ hökumətindən xahiş etmişdir. Monqolustana 5-ci Ordunun 35-ci atıcı diviziyası, 35-ci süvari alayı və s. hissələr göndərilmişdir. Ümumi rəhbərlik 5-ci ordunun komandanı Mixail Matiyaseviçə həvalə edilmişdir. Sovet və monqol qoşunlarının birgə hücum əməliyyatları nəticəsində Ungernin qoşunları məğlub edilmiş, özü isə əsir alınmış və Sibir inqilabi tribunalının hökmü ilə 15 sentyabr 1921-ci il tarixində güllələnmişdir. Böyük Sovet Ensiklopediyası. III cild. Кузьмин С. Л. История барона Унгерна.
Moonshot əməliyyatı
Moonshot əməliyyatı — İngiltərədə virusu nəzarətdə saxlamaqla birlikdə, eyni gündə böyük miqdarda insanı toplayaraq kütləvi test tətbiq etmək üçün hazırlanmış hökumət proqramı. British Medical Journal-a görə proqram 2021-ci ilə qədər gündə 10 milyon test tətbiq etməyi hədəfləyir. Sızdırılmış bir hökumət sənədinə görə proqramın gəzlənilən dəyərinin 100 milyard funt sterlinq olması narahatlıq yaratmışdır. Çünki bu rəqəm İngiltərə Milli Səhiyyə Xidmətinin (ing. National Health Service — NHS) ümumi illik dəyərinin təxminən dörddə üçü idi. Statistiklər istənilən testə xas olan qeyri-dəqiqlik nəzərə alınarsa, bu miqyasda aparılan kütləvi testlərin gündə yüz minlərlə yanlış pozitiv nəticəyə və nəticədə çox sayda insana yoluxmadıqları halda xəstəliyə yoluxduqları söylənəcəyi barədə xəbərdarlıq etmişdirlər. 22 oktyabr 2020-ci ildə layihənin Dido Hardinq tərəfindən idarə olunan NHS Test və İzləmə proqramına "daxil edildiyi" bildirildi. İngiltərə 2021-ci ilin aprel ayından etibarən ev dəstləri olaraq mövcud olan yanal axın testlərindən istifadə edərək kütləvi müayinəyə xüsusi əhəmiyyət verməyə davam edir.
Murovdağ əməliyyatı
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir. Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir.
Məngələnata əməliyyatı
Məngələnata əməliyyatı — 4 avqust 1993-cü il də Füzuli rayonu cəhbəsində keçirilən uğurlu əməliyyat. Məngələnata yüksəkliyi Füzuli rayonu üçün çox əhəmiyyətli ərazi hesab olunur. Düşmən buranı tutub mövqelərini möhkəmləndirmişdi. Əməliyyatda 839 saylı batalyonun I, II rotalarından 42 nəfər iştirak edirdi. Əməliyyata 839 saylı kəşfiyyat batalyonunun II rota komandiri Kamil Abbasov başçılıq edirdi. Əməliyyatın birinci mərhələsində dəstə 2-2 qruplara bölünərək düşmən postlarını keçib arxada yüksəklikdə, Alban məbədində toplaşmalı idi. Bundan sonra düşmənə arxadan zərbə endirmək planlaşdırıldı. Düşmənin ən yaxın postunda 8 nəfər vardı. Aşağıda isə 200–300 nəfər erməni vardı. Bundan sonra əsgərlərə bir-birini gözləmək şərti ilə “Ura" qışqıraraq hücuma keçmək əmr olunur.

Digər lüğətlərdə